"FORMULA-1": YENİ BİLET SATIŞI MƏNTƏQƏLƏRİ AÇILDI

"FORMULA-1": YENİ BİLET SATIŞI MƏNTƏQƏLƏRİ AÇILDI
Digər, Formula-1
26 Aprel 2016 - 23:55




Məlumat üçün bildirək ki, biletlər Azərbaycan vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşama icazəsi olan əcnəbilərə 20-40 %-lik endirimli qiymətlərlə təklif olunur. Bir şəxs ən çox 4 imtiyazlı bilet ala bilər. Məntəqələrdə biletlər şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır. Bilet alarkən izləyicilərə tribunaları və ya ayaqüstü yerləri seçmək imkanı verilir.Digər tərəfdən, sadəcə cümə günü üçün satılan biletlər xaricində digər biletlərin hamısı yarış həftəsonunu əhatə edən hər üç gün üçün keçərli olacaq. Bu biletlərə sahib olanlar FORMULA 1 GRAND PRİX OF EUROPE və GP2 seriya yarışlarını izləməklə yanaşı dənizkənarı bulvar ərazisində salınacaq Formula 1 Şəhərciyinə giriş imkanı da əldə edəcəklər. Onlar bu şəhərcikdə təşkil olunan konsert və əyləncə tədbirlərində də pulsuz iştirak edə biləcəklər.

Qeyd edək ki, yarış həftəsonu ərzində Formula 1 Şəhərciyində təşkil olunacaq konsertlərdə dünya ulduzları çıxış edəcəklər. İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias və iyunun 19-da Farel Vilyams Bakıda ən məşhur ifalarını səsləndirəcəklər. Sadəcə cümə günü üçün bileti olanlar ancaq Kris Braunun konsertində iştirak edə biləcək. Kris Braunla yanaşı digər iki müğənninin konsertində iştirak üçün üç günlük bileti əldə etmək tələb olunur.

Bilet satışı məntəqələri barədə ətraflı məlumatla bu cədvəldə tanış ola bilərsiniz: 




Digər xəbərlər