"XƏZƏR LƏNKƏRAN"IN ZƏDƏLİLƏRİNDƏN XOŞ XƏBƏR

"XƏZƏR LƏNKƏRAN"IN ZƏDƏLİLƏRİNDƏN XOŞ XƏBƏR
Futbol
20 Aprel 2016 - 22:22
Azərbaycan Premyer Liqasının XXXI turunda Qəbələ şəhərinin eyni adlı təmsilçisini qonaq edəcək "Xəzər Lənkəran" bu gün hazırlığa start verib. Komanda iki günlük istirahətdən sonra Lənkərandakı bazasında gündə bir dəfə olmaqla məşqlərini davam etdirir. Son səfər matçında zədələnən futbolçulardan Vüqar Bəybalayev və Nodar Məmmədov həkim nəzarəti altında fərdi məqşlərə artıq başlayıblar. Hər iki futbolçunun matçda iştirakı oyun günü bəlli olacaq.

Xatırladaq ki, "Xəzər Lənkəran" - "Qəbələ" matçı aprelin 23-də saat 16.30-da "Xəzər Lənkəran" Mərkəzi Stadionunda  start götürəcək. 

Digər xəbərlər