TOĞRUL ƏSGƏROV: "MƏQSƏDİM TARİXƏ DÜŞMƏKDİR" - VİDEO

TOĞRUL ƏSGƏROV: "MƏQSƏDİM TARİXƏ DÜŞMƏKDİR" - VİDEO
Digər, Güləş, Video
14 Aprel 2016 - 01:06
“Ölkəmizdə ikiqat Olimpiya çempionu yoxdur”.

İstəyim, hədəfim odur ki, ikinci dəfə Azərbaycana qızıl medal bəxş edim və tarixə düşüm.

Supersport.Az xəbər verir ki, bunu Olimpiya çempionu Toğrul Əsgərov Göygöldəki təlim-məşq toplantısı zamanı jurnalistlərə deyib.

Olimpiya çempionu qeyd edib ki, onlar Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlaşırlar:

“Olimpiadaya çox az vaxtımız qalıb. Məşqçilər və federasiya rəhbərliyi üzərimizdə çox çalışır. Arzumuz Rio-de-Janeyrodan Vətənə qızıl medallarla qayıtmaq, ölkəmizin bayrağını yüksəklərə qaldırmaqdır. Bunun üçün də məşqlərimizi artıqlaması ilə edir, rejimə riayət edir, bir sözlə, hər şey edirik ki, istəyimizə nail olaq.

Ökəmizdə ikiqat Olimpiya çempionu yoxdur. İstəyim, hədəfim odur ki, ikinci dəfə Azərbaycana qızıl medal bəxş edim və tarixə düşüm. Olimpiadada qızıl medal qazanmaq hər bir idmançının arzusudur. Bunun üçün də çalışırıq”.

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək.


 

 

 

 

 

 

Digər xəbərlər