LATVİYADAN ŞƏHİDLƏRİMİZƏ ƏSGƏR SALAMI - VİDEO

LATVİYADAN ŞƏHİDLƏRİMİZƏ ƏSGƏR SALAMI - VİDEO
Futbol, Video
11 Aprel 2016 - 11:02
Latviyanın “Dauqavpils" klubunda çıxış edən azərbaycanlı futbolçu Orxan Qurbanlı yeni komandasında ilk qolunu vurub.

Supersport.Az xəbər verir ki, Latviya kubokunun 1/4 finalında səfərdə “Metta”ya 2:0 hesabı ilə qalib gələn “Dauqavpils” yarımfinala yüksəlib.

Orxan Qurbanlı matçın 19-cu dəqiqəsində digər azərbaycanlı futbolçu Mirabdulla Abbasovun ötürməsini qola çevirib. Diqqət çəkən maraqlı məqam isə Orxanın qoldan sonra, ermənilərlə döyüşdə şəhid olan hərbçilərimizin xatirəsinə əsgər salamı verməsi olub.

Xatırladaq ki, müqavilə ilə “neftçi”yə məxsus olan Orxan və Mirabdulla “Dauqavpils"də icarə əsasında çıxış edir.


 

 

 

 

 

 

 

Digər xəbərlər