HAKİMLƏRİMİZ BEYNƏLXALQ DƏRƏCƏLİ HAKİM ADINA LAYİQ GÖRÜLÜBLƏR

HAKİMLƏRİMİZ BEYNƏLXALQ DƏRƏCƏLİ HAKİM ADINA LAYİQ GÖRÜLÜBLƏR
Digər, Cüdo
10 Aprel 2016 - 20:22
Azərbaycanlı referilər İtaliyada beynəlxaq dərəcəli hakim adına layiq görüldülər

İtaliyanın Linyano şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib. Seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər.

Supersport.Az xəbər verir ki, ölkəmizi İtaliyada Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komətisinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov, hakimlərimiz Mətin Rəhimli və Arzu Acalova təmsil ediblər. Hakimlərimiz öncə nəzəri imtahan veriblər, sonra isə Linyanoda keçirilən gənclərin Avropa birinciliyinin görüşlərini idarə ediblər. Sevindirici haldır ki, Azərbaycanın ədalət təmsilçiləri Arzu Acalova və Mətin Rəhimli beynəlxaq dərəcəli hakim adına layiq görülüblər.

Digər xəbərlər