İBRAHİMOVİÇ PSJ-DƏ QALIR

İBRAHİMOVİÇ PSJ-DƏ QALIR
Futbol
09 Aprel 2016 - 13:25
PSJ-nin isveçli ulduz futbolçusu Zlatan İbrahimoviç mövsümün sonunda komandanı tərk etməyə bilər.

Supersport.Az xəbər verir ki, son vaxtlar adı bir çox klubla hallanan 34 yaşlı futbolçu Paris klubu ilə yeni müqavilə imzalamağa çox yaxındır. Artıq tərəflər arasında ilkin razılıq əldə olunduğu bildirilir.

Qeyd edək ki, Z.İbrahimoviç Fransa çempionatında bu mövsüm oynadığı 26 matçda 30 qol vurub.

 

Digər xəbərlər