SUMQAYITDA SÜLH, "İNTER"DƏN QƏLƏBƏ

Futbol
09 Aprel 2016 - 17:59
Dünən Azərbaycan Premyer Liqasında 29-cu tura start verilib.

Supersport.Az-ın məlumatına görə, ilk oyun günündə mükafatlar uğrunda mübarizə aparan “Qarabağ” “Kəpəz”lə qarşılaşmada rəqibinə asanlıqla qalib gəlib.

Azərbaycan Premyer Liqası

29-cu tur

8 aprel (cümə)

17:30. “Qarabağ” – “Kəpəz” 4-0

Qollar: Tural Axundov 17, 42-öz qapısına, Mahir Mədətov 62, Samuel Armenteros 90+3.

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov.

Bakı. “Azərsun Arena”.

Bu gün iki görüş keçirilir.  Əvvəlcə "Sumqayıt" doğma divarlar arasında "Qəbələ" ilə üz-üzə gəlib. Son 4 matçda cəmi 1 xalla kifayətlənən "qırmızı-qaralar", nəhayət, uğursuzluq zolağından çıxmaq istəyində idi. "Sumqayıt"da da vəziyyət ürəkaçan deyildi. 28 oyuna bir o qədər də xal qazanan gənclər şəhəri təmsilçisinin bu mövsüm heç bir iddiası qalmamışdı.

9 aprel (şənbə)

14:00. "Sumqayıt" - "Qəbələ" 1-1

Qollar: Pərdis Fərcad-Azad 85-pen - Aleksey Qay 66

Mövsümün əvvəlki oyunları: 0:1, 2:2, 0:1

Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Şahin Cəfərov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Günün ikinci oyununda azarkeşlər paytaxt derbisini izləyəcəklər. Avrokuboklarda iştirak hüququndan məhrum edilən "İnter"  öz meydanında son oyunlarda inamlı çıxışı ilə diqqət çəkən AZAL-ı qəbul edəcək. "Təyyarıçilər" son 2 turda əvvəlcə "Qəbələ", sonra da "Kəpəz"i məğlub yola salıb.

16:00. "İnter" - AZAL 1-0

Qol: Vüqar Nadirov 64

Mövsümün əvvəlki oyunları: 1:0, 2:0, 0:0

Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Kamran Bayramov, Fariz Yusifov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Məlik Həsənov

"İnter Arena"































































1Qarabağ2966
2Zirə2853
3İnter2948
4Kəpəz2945
5Qəbələ2943
6AZAL2939
7Neftçi2835
8Sumqayıt2929
9Xəzər Lənkəran2814
10Rəvan2811

Digər xəbərlər