AKROBATLARIMIZ DÜNYA MİQYASLI TƏDBİRDƏ 2 GÜMÜŞ MEDAL QAZANDI

AKROBATLARIMIZ DÜNYA MİQYASLI TƏDBİRDƏ 2 GÜMÜŞ MEDAL QAZANDI
Digər, Gimnastika
31 Mart 2016 - 07:04
Çinin Putian şəhərində akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında 12-18 və 13-19 yaş kateqoriyasında Azərbaycan idmançıları iki gümüş medal qazanıblar.

Supersport.Az xəbər verir ki, ilk medalı qarışıq hərəkətlər üzrə final mərhələsində 27.650 xal toplamaqla Nurcan Cabbarlı–Ağasif Rəhimov (12-18 yaş) cütlüyü qazanıb. Rusiya dueti cütlüyümüzü 0.35 xal qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Üçüncü yeri isə Böyük Britaniya və Qazaxıstan təmsilçiləri (27.350) bölüşüblər.

İkinci gümüş medala Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyümüz (13-19 yaş) qarışıq hərəkətlərə görə 27.500 xal toplamaqla sahib olub. Birinci və üçüncü yerləri isə müvafiq olaraq Rusiya (28.050) və Böyük Britaniya (27.000) təmsilçiləri qazanıblar.

Belə irimiqyaslı yarışda ilk dəfə çıxış edən Azərbaycanın digər qarışıq cütlüyü Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı da yaxşı nəticə göstərib.Lakin qaydalara əsasən finalda hər ölkədən yalnız bir cütlüyün iştirakı mümkün olduğundan, təsnifat mərhələsində iki çıxışın yekununa əsasən 53.100 xal toplayan cütlüyümüz öz yerini İspaniyaya verməli olub.

Digər xəbərlər