"FORMULA-"1 ÜZRƏ AVROPA QRAN-PRİSİ JURNALİSTLƏRİN GÖZÜ İLƏ" ADLI MÜSABİQƏ DAVAM EDİR

"FORMULA-"1 ÜZRƏ AVROPA QRAN-PRİSİ JURNALİSTLƏRİN GÖZÜ İLƏ" ADLI MÜSABİQƏ DAVAM EDİR
Digər, Formula-1
30 Mart 2016 - 09:11
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) tərəfindən elan olunan “Formula-1” üzrə Avropa Qran-prisi jurnalistlərin gözü ilə” adlı müsabiqə davam edir.

Supersport.Az-ın məlumatına görə, müsabiqəyə Azərbaycanda yaşayan və işləyən 21 yaşdan yuxarı bütün jurnalistlərin qatılmaq hüququ var. Məqalələr Azərbaycan, ingilis və ya rus dilində yazılmalıdır. Məqalənin həcmi 400 sözdən az, 600 sözdən çox olmamalıdır.

Müsabiqə mövzuları Bakı Şəhər Halqası, döngələr və tribunalar, yarış hazırlığı, komandalar, pilotlar və məşhurlar, “Formula-1” üzrə Avropa Qran-prisinin rəsmi elçiləri, “bu mötəbər yarışa ev sahibliyi edən şəhərin üstünlüklərindən biri olmalıdır.

Məqalələr aprelin 15-dək təhvil verilməlidir. Təhvil verilmiş məqalələr münsiflər heyəti tərəfindən dəqiqliklə qiymətləndirildikdən sonra qaliblər aprelin 22-də elan olunacaq.

Müsabiqəyə qatılmaq üçün məqalənin hər hansı bir mətbu orqanda çap olunmuş və ya internet səhifəsində yayımlanmış nüsxəsini (elektron şəkil formasında) [email protected] elektron poçt ünvanına “Küləklər şəhərində sürət yarışı” başlığı ilə göndərmək lazımdır.

Birinci yeri tutmuş jurnalist “Formula-1” üzrə Avropa Qran-prisinə yarış həftəsonunun hər üç günü üçün iki biletlə mükafatlandırılacaq. İkinci yerin sahibinə BŞH tərəfindən üzərində şirkətin loqosunun əks olunduğu hədiyyələr təqdim ediləcək. Müsabiqəyə təqdim edilən ən yaxşı beş məqalənin müəllifləri isə sertifikatlarla təltif olunacaqlar.

Digər xəbərlər