TÜRKİYƏ AVROPA ÇEMPİONATINA EV SAHİBLİYİ ETMƏK ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ

TÜRKİYƏ AVROPA ÇEMPİONATINA EV SAHİBLİYİ ETMƏK ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ
Futbol
29 Mart 2016 - 15:37
Supersport.Az-ın məlumatına görə, Türkiyənin indiyədək Avropa çempionatlarına ev sahibliyinə etməyin qarşısını rüşvət almaqda ittiham olunaraq sərt cəzalanan UEFA-nın keçmiş prezidenti Mişel Platini almışdı. Fransız mütəxəssis 8 illik futboldan qovulub. Avro-2016 üçün seçim zamanı Türkiyə bir səslə Fransadan geri qalmışdı.

Türklər 2020-ci il Avropa çempionatına isə ev sahibliyindən imtina etmişdi. Bunun da əsas səbəbkarı Platini idi. O, yarışın 13 ölkədə keçirilməsi ideyasını ortaya atdıqdan sonra Türkiyə niyyətindən vaz keçmişdi.

Artıq Mişel yoxdur, sərt cəzalanıb. Türkiyə 2024-cü il Avropa çempionatına ev sahibliyi etmək üçün hərəkətə keçib. Bu məqsədlə TFF Gənclik və İdman Nazirliyindən razılıq alaraq hazırlığa başlayıb. Türkiyənin 28 yeni stadionundan 13-ü beynəlxalq standartlara cavab verir.  Namizədlik müddətində Türkiyənin əsas rəqibinin Almaniya olacağı gözlənilir. Bununla bağlı 2017-də UEFA-ya müraciət olunacaq və bir il sonra qərar veriləcək.

Digər xəbərlər