AVROPA FUTBOLUNDA GÜCLÜ YOXLAMA

AVROPA FUTBOLUNDA GÜCLÜ YOXLAMA
Futbol
27 Mart 2016 - 13:37
Avropada terrorun artması futbolda da təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə gətirib çıxarıb.

Supersport.Az-ın məlumatına görə, Almaniya - İngiltərə oyununda bu baxımdan ciddi yoxlanış olub. Qarşılaşmanın keçirildiyi Berlin Olimpiya stadionunda 1500 polis jurnalistləri də xüsusi cihazla baxışdan keçirib, öyrədilmiş itlərdən istifadə olunub. Media nümayəndələrindən akkreditə kartından əlavə şəxsiyyət vəsiqəsi də tələb edilib.

Xatırladaq ki, oyunu 71 min 413 tamaşaçı izləyib.

Digər xəbərlər