PROSİNEÇKİ MƏĞLUB KOMANDADAN RAZI QALDI

PROSİNEÇKİ MƏĞLUB KOMANDADAN RAZI QALDI
Futbol
26 Mart 2016 - 21:36

Supersport.Az-ın məlumatına görə, Antalyada keçirilən Azərbaycan – Qazaxıstan oyunundan sonra millimizin baş məşqçisi Robert Prosineçki fikirlərini bildirib.


"Ümumilikdə, oyundan narazı qalmadım. Əlbəttə, səhvsiz oynamadıq. Qolu da standart vəziyyətin davamında buraxdıq. Oyundan əvvəl də dediyim kimi, bu gün daha çox sınaqdan keçirmək istədiyimiz məqamlara diqqət yetirdik. Təəssüf ki, son dəqiqələrdə çox münasib vəziyyətdə qol vura bilmədik. Konkret oyunçular barədə danışmaq istəmirəm. Hesab edirəm ki, bacarıqlarını tam nümayiş etdirə bilmədilər. Bununla belə, komandadan narazı deyiləm".

Digər xəbərlər