"KOBRA" UZAQ ÇİNDƏ DÖYÜŞƏCƏK

"KOBRA" UZAQ ÇİNDƏ DÖYÜŞƏCƏK
Digər
15 Mart 2016 - 23:42
”FHN”-nin əməkdaşı, “Qəbələ” İdman klubu”-nun idmançısı Pərviz Abdullayev ölkəmizi Çinin Tongling şəhərində keçiriləcək “Kunlun Fights” adlı peşəkar yarışda təmsil edəcək.

Supersport.Az xəbər verir ki, yarış Mart ayının 25-26-da Çinin Tongling şəhərində baş tutacaq. “4 men Tournament” (yəni 4 nəfərdən ibarət döyüş) adlanan yarışda, bir gecədə iki döyüş olacaq. Kobra ləqəbli idmançımızın birinci rəqibi Çexiyalı Martin Gano olacaq. İkinici rəqibi isə Çinli və fransalı idmançıların yarışından sonra bəlli olacaq.

Pərviz Abdullyev məşqlərinə boks üzrə əməkdar məşqçi Məmmədov Zaur, karate üzrə 2 qat dünya çempionu Füzuli Musayev, şəxsi məşqçisi Umudov Mehman və köməkçi məşqçi Zaur Məhərrəmovun rəhbərliyi ilə Bakıda davam edib.

Qeyd edək ki, yarışda qalib gələn idmançı 16 ən güclü idmançı siyahısına düşərək avqust ayında baş tutacaq yarımfinalda iştirak edəcək və qalib gələn ilin yekununda səkkizliyə düşərək finala vəsiqə qazanacaq.

Digər xəbərlər