"ZENİT" MÜBARİZƏNİ DAYANDIRDI

"ZENİT" MÜBARİZƏNİ DAYANDIRDI
Futbol
09 Mart 2016 - 23:13

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Zenit" "Benfika"nı qəbul edib.


Supersport.Az xəbər verir ki, Portuqaliyada baş tutan ilk oyunda minimal hesabla məğlub olan Sankt-Peterburq futbolçuları 69-cu dəqiqədə Halkın qolu ilə önə keçiblər. Lakin əsas vaxtın sonuna 5 dəqiqə qalmış Nikolas Qaitanın qolu rusların 1/4 final xəyallarını puç edib.


Sonuncu dəqiqədə isə Anderson Taliska son nöqtəni qoyub - 1:2.


Beləliklə, "Benfika" növbəti mərhələyə yüksəlib

Digər xəbərlər