"Messi Amerikada rahat olmayacaq"

Futbol
09 İyun 2023 - 23:10
Amerika klublarında təcrübəsi olan baş məşqçi Xose Luis Villarreal Lionel Messinin MLS-də stress olmadan oynaya biləcəyinə əmin deyil.

Argentinalı futbolçu PSJ-də iki mövsüm keçirdikdən sonra İnter Mayamiyə keçmək qərarına gəlib.

“Burada Messi bir futbolçu kimi ehtiyac duyduğu rahatlığı ala bilməyəcək. O, heç vaxt diqqətdən kənarda qalmayacaq. Disneyə getsə belə, rahat olmayacaq.

David Beckham Messinin həzz alması və özünü rahat hiss etməsi üçün rəqabətədavamlı bir komanda yaratmalı olacaq.

Messi təkbaşına sonuncu yerdə olan və rəqabətədavamlı olmayan komandanı tarazlaşdıra bilməz".

Digər xəbərlər