Roberto Mançini: "Mançester Siti" dünyanın ən güclü komandası deyil"

Roberto Mançini: "Mançester Siti" dünyanın ən güclü komandası deyil"
Futbol
09 İyun 2023 - 16:43
Supersport.Az xəbər verir ki, "Mançester Siti"nin və "İnter"in keçmiş baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının finalı öncəsi Pep Qvardiolanın komandası haqqında danışıb.

Mütəxəssis İngiltərə klubunu dünyanın ən güclü komandası hesab etmir.

"Finaldan əvvəl heç bir proqnoz vermək olmaz. Qvardiolanın "Mançester Siti"si dünyanın ən güclü komandası olmasa da, ən yaxşı oynamağı bilir.

Simone İnzaqini yaxşı tanıyıram, onun futbolçu və məşqçi kimi böyüməsini görmüşəm. Ona inanın. Bir neçə həftə əvvəl o, tənqidçilərin hədəfi deyildimi? Məşqçinin işi asan deyil”, - İtaliya milli komandasınıın baş məşqçisi Roberto Mançini “La Stampa” nəşrinə deyib.

Digər xəbərlər