Azərbaycan daha bir cüdoçusundan gümüş medal - Foto

Azərbaycan daha bir cüdoçusundan gümüş medal - Foto
Digər, Cüdo
26 May 2023 - 20:06
Supersport.Az-ın məlumatına görə, bu gün Azərbaycanın daha üç cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən "Qran-pri"də mübarizəyə başlayıb.

73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev idmançı gərgin keçən final görüşündə İsraildən olan Tohar Butbulla qarşılaşıb.

Görüş 13 dəqiqədən çox çəkib. Məmmədəliyev qızıl xal bölümündə cərimə xalına görə məğlub olub.

73 kq-da yarışan Nurlan Osmanov, 81 kq-da Zelim Tçkayev isə mükafatsız qalıb.

Qeyd edək ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal əldə etmişdi.

 

Digər xəbərlər