Supersport.Az xəbər verir ki, Latviya millisi buz hokkeyi üzrə dünya çempionatının yarımfinalına yüksəlib. Baş məşqçi Harijs Vitoliņşın komandası 1/4 final matçında İsveç millisini məğlub edib (3:1).
Beləliklə, Latviya millisi tarixində ilk dəfə ev turnirində dünya çempionatının yarımfinalına yüksəlməyi bacarıb.
Supersport.Az xəbər verir ki, bundan əvvəl Latviya yığması dünya çempionatında 5 dəfə 1/4 final oyunlarında iştirak edib və bu oyunda məğlub olub.
DÇ-2023-ün yarımfinalında Latviya yığması Kanada yığması ilə qarşılaşacaq.