"Xalları silmək vaxtıdır"

"Xalları silmək vaxtıdır"
Futbol
25 May 2023 - 23:03
Supersport.Az xəbər verir ki, La Liqa prezidenti Xavyer Tebas azarkeşləri irqçi təhqirlərə yol verən klubların xallarının silinməsini təklif edib.

“Qanunvericiliyə görə, bu təhqirlərə görə idman sanksiyaları nəzərdə tutulmayıb. Başqa ölkələrdə bunun üçün xallar silinir, burada yox.

Düşünürəm ki, xallardan məhrum etməyə başlamaq yaxşı olardı".

Xatırladaq ki, La Liqanın 35-ci turunun matçında "Valensiya" azarkeşləri "Real Madrid"in braziliyalı futbolçusu Vinisius Junioru "meymun" və "axmaq" adlandıraraq təhqir ediblər. Bu səbəbdən meydanda qalmaqal olub, nəticədə oyun 8 dəqiqə dayandırılıb.

Digər xəbərlər