İspaniyada “Valensiya”nın futbolçusu Castin Klyuvertin evi qarət edilib.
Supersport.Az xəbər verir ki, bu barədə ABC nəşri məlumat yayıb.
Bildirilib ki, evə 3 nəfər müdaxilə edib. Soyğunçular evdən saat, qızıl-zinət əşyaları və paltar aparıblar. Dəymiş ziyanın məbləği təxminən 16 min avrodur.
Qeyd edək ki, bu gün La Liqanın 36-cı turunun matçında “Valensiya” səfərdə “Malyorka”nın qonağı olacaq. Castin hazırda komandasıyla birlikdədir.