Supersport.Az xəbər verir ki, AFFA İntizam Komitəsi “Qarabağ” – “Sumqayıt” oyunundan sonra baş verən qalmaqala görə, günahkarları cəzalandırıb.

AFFA davaya görə cəza verdi
22.05.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXXV turunun “Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Qarabağ” klubunun 77 nömrəli futbolçusu Ramil Şeydayev rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanıb, “Qarabağ” klubu 2400 manat cərimə edilib. “Sumqayıt” klubunun 12 nömrəli futbolçusu Todor Todoroski rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanıb, “Sumqayıt” klubu 2400 manat cərimələnib.