İngiltərə çempionatının 38-ci turunda mayın 28-də keçiriləcək “Liverpul”la oyun “Sauthempton”un baş məşqçisi Ruben Selyes son dəfə komandasını çalışdıracaq.
Supersport.Az xarici mətbuata istinadla xəbər verir ki, komanda rəhbərliyi ispaniyalının yerinə əsas namizədlə bağlı artıq qərar verib. “Suonsi”nin hazırkı baş məşqçisi Rassel Martin “Sauthempton”un yeni baş məşqçisi olmağa hazırlaşır.