Zaur Ramazanov: "Millinin uğursuzluğu qaranlıqdır"

Zaur Ramazanov: "Millinin uğursuzluğu qaranlıqdır"
Futbol, Eksklüziv
23 May 2023 - 19:28
Supersport.Az-a açıqlamasında milli komandanın, "Qarabağ", "Xəzər Lənkəran"ın keçmiş hücumçusu Zaur Ramazanov yığmamızın uğursuz çıxışı haqda fikirlərini bildirib.

"Milli göz qabağındadır. Yaxşı heyət, futbolçular var. Neçə ildir ki, belə deyildi. Ancaq oyunlarını tapa bilmirlər. Bilmirəm bu, məşqçilikdir, yoxsa... Bunu dəqiq deyə bimərəm. Hazırda ən yaxşı futbolçularımız millidədir. Özü də çempionatda da özlərini müsbət göstərirlər. Ola bilər ki, sistem dəyişikliyinin təsiri olsun. Bir az bu məsələ mənə qaranlıqdır. Millinin iki oyununda məğlub olması Avropa çempionatının seçmə mərhələsində istəyini çox çətinə salıb, final raundunu düşünmək müşküldür. Yığma komandamız ilk 15-20 dəqiqədə yaxşı oynaya bilir, ancaq ardını gətirə bilmir". 

Qeyd edək ki, Ramazanov hazırda AFFA-da çalışır.

Digər xəbərlər