“Meydanda gözlədiyimiz oyunu ortaya qoymadıq”.
Supersport.Az xəbər verir ki, Türkiyə millisinin baş məşçqçisi Stefan Kuntz Avro-2024-ün seçmə mərhələsində Ermənistana qalib gəldikləri (2:1) oyun haqda danışarkən belə deyib. Alman mütəxəssis, komandasının çıxışından narazı qaldığını bildirib:
“Düzünü desək, yaxşı oynadığımız və uduzduğumuz bir çox oyun olub. Bu görüşdə yaxşı oynaya bilmədik. Tarixə baxsaq, görərik ki,yaxşı oynanılmayıb, uduzulan görüşlər çoxdur. Mərhələyə qələbə ilə başladığımız üçün xoşbəxtik.
Mən ilk 30 dəqiqədəki oyunumuzdan qətiyyən razı qalmadım. Müdafiəçilərimizin oyun səviyyəsi çox aşağı idi. Yarımmüdafiəçilərimiz də oyuna kifayət qədər daxil olmadılar. 3-lü müdafiədən 4-lü müdafiəyə keçdik”.