Video: "Qarabağ"ın prezidenti: "Qalatasaray"la möhtəşəm matçda 40 min bayraq olacaq"

Video: "Qarabağ"ın prezidenti: "Qalatasaray"la möhtəşəm matçda 40 min bayraq olacaq"
Futbol, Video
26 Mart 2023 - 01:21
Supersport.Az "Qalatasaray"la oyun ərəfəsində "Qarabağ"ın prezidenti Tahir Gözəlin Bakı Olimpiya Stadionunda təşkil edilən briffinqdə fikirlərini videogörüntüyə alıb.

"Bilirsiniz ki, bu yaxınlarda Türkiyədə böyük faciə baş verdi. Azərbaycan dövləti, xalqı öz həmrəyliyini, möhtəşəm qardaşlıq iradəsini göstərdi. Türkiyəyə böyük yardımlar edildi. Çox sevinirəm ki, "Qarabağ" və "Qalatasaray" əl-ələ verib, Türkiyənin bu ağır durumunda kömək və dəstək üçün bir yerə gəldilər. Belə möhtəşəm oyunu təşkil etmək imkanımız oldu. Gözəl gün olacaq. Stadionda möhtəşəm ab-havanın olacağını düşünürəm. Azarkeşlərin əlində 20 min Azərbaycan, 20 min Türkiyə bayrağı dalğalanacaq. Millidə çıxış edən oyunçularımız bizimlə deyil. Bəzi oyunçuları geri çağırdıq. Sabah kimin qalib gəlməsinin önəmi yoxdur.  Əsas odur ki, iki qardaş ölkənin komandaları üz-üzə gəlir. Biri Azərbaycan çempionu, digəri Superliqanın hazırkı lideridir".

O, təklifin hansı klub tərəfindən edildiyini də bildirib:

"Təklif hər iki tərəfdən oldu. "Qalatasaray" bizim istəyimizi də müsbət cavablandırdı. Bundan əvvəl "Beşiktaş"la da söhbətimiz olmuşdu. Sadəcə "Qalatasaray"dan konkret addım gəldi. Bu cür oyunun olmasını çox istəyirdik. Qismət bu vaxta imiş".

Digər xəbərlər