Millimizin baş məşqçisi Canni De Byazi məğlubiyyət haqda: "Çox əziyyət çəkdik"

Millimizin baş məşqçisi Canni De Byazi məğlubiyyət haqda: "Çox əziyyət çəkdik"
Futbol
25 Mart 2023 - 02:24
Supersport.Az-ın məlumatına görə, Avro-2024-ün seçmə mərhələsi çərçivəsində “Raiffeisen Arena”da keçirilmiş Avstriya - Azərbaycan oyunundan sonra təşkil olunmuş mətbuat konfransında milli komandanın baş məşqçisi Canni De Byazi fikirlərini bildirib.

İtaliyalı çalışdırıcı, məğlubiyyətin səbəbini açıqlayıb:

"İlk qoladək bərabər səviyyəli oyun gedirdi. Topa nəzarət etməyə çalışırdıq. Böyük səhvdən sonra qol buraxdıq. İkinci qoldan sonra isə inamı itirdik. Son dəqiqələrədək çətin oldu bizə. Çox əziyyət çəkdik.
Bu gün millidə debüt edən Yusif İmanov və Azər Əliyev gələcəkdə bizim üçün lazımlı oyunçular ola bilərlər. Oyundan əvvəl Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk arasında seçim arasında qalmışdım. Antonun uzaq məsafədən gəldiyini və 8 saatlıq fərq olduğunu nəzərə alaraq Bəxtiyara şans verdik".

Digər xəbərlər