Turan qızıl, Gültac bürünc medal qazandı

Turan qızıl, Gültac bürünc medal qazandı
Digər, Cüdo
24 Mart 2023 - 18:59

Supersport.Az-ın məlumatına görə, Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil olunan "Böyük Dəbilqə" turnirinin ilk günündə -60 kq. çəkidə mübarizə aparan cüdoçu Turan Bayramov əvvəlcə yarımfinalda qazaxıstanlı cüdoçu Kanat Seilxana qalib gələrək finala çıxıb. Turan finalda gürcü Qiorqi Sardalaşvili ilə qızıl medal uğrunda mübarizə aparıb. Azərbaycan idmançısı bu rəqibini də məğlub edərək, birinci olub.




Qadınlar arasında mübarizədə 52 kq. çəkidə yarışan cüdoçu Gültac Məmmədəliyeva bürünc medal uğrunda tatamiyə çıxıb. Gültac çinli idmançı Yeqinq Juna qalib gələrək üçüncü yeri tutub.

Digər xəbərlər