Supersport.Az-ın məlumatına görə, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yeni rekorda imza ataraq adını futbol tarixinə yazdırıb.
Məşhur futbolçu buna Avro-2024-ün seçmə mərhələsində Lixtenşteynlə matçda iştirak etməklə nail olub. Bununla, 38 yaşlı hücumçu millidə 197-ci oyununa çıxıb. Ronaldo milli komandalarda ən çox oyuna çıxan futbolçu adına yiyələnib və bu göstəricidə dünya rekordçusu olub. Oyunçu millidə meydana çıxma sayına görə Bader Əl-Mutavanı (Küveyt, 196 oyun) geridə qoyub.
Futbol tarixində milli komandalarda ən çox oyun keçirən futbolçular:
- 197 – Kriştiano Ronaldo
- 196 – Əl-Mutawa
- 195 – Soh Çin
- 184 – Ahmed Hassan
- 183 – Ahmed Mubarak
- 180 – Serxio Ramos
- 179 – Quardado
- 178 – Muhamməd Əl-Deayi
- 177 – Kladio Suarez
- 176 – Buffon
- 175 – Fiqueroa
- 172 – Messi
- 171 – Əl-Haydos
Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliyanın əsas millisində oynayır.