Millimizin üzvündən gümüş medal

Millimizin üzvündən gümüş medal
Digər, Foto, Atıcılıq
22 Mart 2023 - 21:17

Hindistanda atıcılıq üzrə dünya kuboku yarışları keçirilir.
Supersport.Az-a Azərbaycan Atıcılıq Federasiyasından bildirilib ki, milli komandamızın üzvü Ruslan Lunev pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında ikinci olub. 579 bal toplayan təmsilçimiz dünya kuboku yarışlarında gümüş medal əldə edib.
Qeyd edək ki, bir müddət əvvəl R.Lunev “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenzya qazanıb.





Digər xəbərlər