29 yaşlı idmançımızdan 29-cu qələbə

29 yaşlı idmançımızdan 29-cu qələbə
Digər
22 Mart 2023 - 01:13
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın və "Qəbələ" İdman Klubunun döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. 29 yaşlı MMA idmançısı “Naiza Fighting Championship” turnirində fərqlənib.

O, Qazaxıstanın Almatı şəhərində təşkil olunan döyüşdə qüvvəsini sınayıb. Nəriman “Naiza Fighting Championship 50” çərçivəsində mübarizə aparıb.

Döyüşçümüz Qırğızıstan idmançısı Kanibek Janıbek Uulu ilə qarşılaşıb. Abbasov rəqibi üzərində qələbə qazanıb.

Bu, Nərimanın peşəkar karyerasında 29-cu qələbədir. O, buna 33 döyüşdə nail olub.

Digər xəbərlər