"Qarabağ" "Qalatasaray"a qarşı hazırlığa neçə futbolçuyla başladı?

"Qarabağ" "Qalatasaray"a qarşı hazırlığa neçə futbolçuyla başladı?
Futbol, Eksklüziv
19 Mart 2023 - 22:44
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" "Qalatasaray"la qardaşlıq oyununun hazırlığına başlayıb.

Bu haqda saytımıza klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə xəbər verib.

Üçgünlük istirahətin ardından Ağdam komandası "Azersun Arena"da məşqi bərpa edib.

Qurban Qurbanovun rəhbərliyində hazırlıq prosesinə 15 futbolçu qatılıb. Bunlardan 3-ü qolkiperdir. Zədəli Yassin Benzia fərdi çalışıb.

"Qarabağ"ın 10 futbolçusunun "Qalatasaray"a qarşı keçiriləcək xeyriyyə matçını buraxacağı dəqiqdir.

Luka Quqeşaşvili, Marko Veşoviç, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev və Musa Qurbanlı dostluq oyununda iştirak etməyəcək.

Azərbaycan millisinə dəvət alan futblçular yığmanın hazırlıq prosesinə qatılıblar.

Quqeşaşvili Gürcüstan millisinə, Marko Veşoviç və Marko Yankoviç Monteneqro yığmasına Avro-2024-ün seçmə mərhələ matçları üçün dəvət alıblar.

Qeyd edək ki, "Qarabağ"la "Qalatasaray" arasındakı dostluq matçı martın 26-da Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq.

Qarşılaşmadan əldə olunacaq bütün qazanclar qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Digər xəbərlər