Supersport.Az-ın məlumatına görə, Rusiya Premyer Liqasının 20-ci turunda qan tökülüb.
“Qarabağ”ın keçmiş futbolçusu Kadi Borges formasını geyindiyi “Krasnodar”ın Moskva “Lokomotiv”iylə oyununda ciddi xəsarət alıb. Bu, matçın 32-ci dəqiqəsində baş verib. “Lokomotiv”in oyunçusu Artyom Karpukasun topla mübarizə zamanı itələdiyi Kadinin başı nigeriyalı komanda yoldaşı Olakunle Oluseguna dəyib. Nəticədə braziliyalı futbolçunun qanı tökülüb. Həkimlərin yardımıyla başı sarınan Kadi 2 dəqiqə sonra yenidən oyuna qayıdıb.
Fasiləyədək 2-0 hesabı ilə irəlidə olan “Krasnodar” yekunda məğlubiyyətlə üzləşib – 2:3.
Start heyətində meydana çıxan Kadi 84-cü dəqiqədə Krivtsovla əvəzlənib.