Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım üçün addımlar atılır. “Beşiktaş” Azərbaycan klubları ilə dostluq matçı keçirmək məqsədilə danışıq aparır.
Supersport.Az, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan bununla bağlı Türkiyə klubundan təklif gəlməsiylə bağlı sualı cavablandırmasını istəyib.
Mütəxəssis bu haqda belə deyib:
“Beşiktaş”la bağlı elə danışığımız olmayıb. Digər komandalara təkliflər varsa, yaxın günlərdə bilinəcək. Hamımız belə oyunun keçirilməsini istəyərdik. Yəqin ciddi olduğu vaxt klub tərəfindən məlumat veriləcək. Bildiyim qədərilə “Beşiktaş”la danışıq aparılmayıb”.