Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” bu gün Xorvatiya çempionatında 19-cu tur oyununa çıxıb.
Supersport.Az xəbər verir ki, Zaqreb komandası “Lokomotiva”nı qəbul edib. Matç “Dinamo”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mahirin komandasından qolları Stefan Rustovski (36-cı dəq.) və Martin Baturina (58) vurub.
Futblçumuz 70-ci dəqiqədə Yosip Drmiçin əvəzinə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Dinamo” hazırda turnir cədvəlində 45 xalla 1-ci, “Lokomotiva” 19 xalla 7-cidir.