Rüstəm Orucovun səhhətində ciddi problem

Rüstəm Orucovun səhhətində ciddi problem
Digər, Cüdo
28 Yanvar 2023 - 13:43

Portuqaliyanın Almada şəhərində keçirilən Qran Pri turnirinin ikinci günündə 81 kq. çəki dərəcəsində çıxış etməli olan cüdoçu Rüstəm Orucov yarışa qatıla bilməyib.


Supersport.Az-ın milli federasiyaya istinadən məlumatına əsasən, idmançı xəstələndiyinə və 38 dərəcədən yuxarı qızdırması olduğuna görə, milli komandanın həkiminin qərarına əsasən yarışda iştirak etməyəcək.



Rüstəm Orucovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.




Azərbaycan Cüdo Federasiyası Rüstəm Orucova bütün cüdo ailəsi adından şəfa diləyib, digər idmançılarımıza Portuqaliya Qran Pri turnirində uğurlar arzulayıb.

Digər xəbərlər