Əliyar Ağayev üçün top-hakimlər kursu

Əliyar Ağayev üçün top-hakimlər kursu
Futbol
28 Yanvar 2023 - 12:47
Azəbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-nın top-hakimlər üçün təşkil etdiyi XXXI Təkmilləşdirmə Kursuna qatılacaq.

Supersport.Az xəbər verir ki, yanvarın 29-da İtaliyada start veriləcək təlimlər fevralın 1-dək davam edəcək.

Kursda I kateqoriyada yer alan 27 ədalət təmsilçisi və 11 VAR hakimi öz biliklərini təkmilləşdirəcəklər.

Rusiyanın FIFA dərəcəli hakimi Sergey Karasyov siyasi məsələlərə, rumıniyalı İştvan Kovaç və ingiltərəli Antoni Teylor isə klublararası dünya çempionatına təyinat aldıqlarına görə seminara dəvət olunmayıblar.

Digər xəbərlər