"Qarabağ" daha bir futbolçuyla güclənəcək

"Qarabağ" daha bir futbolçuyla güclənəcək
Futbol
26 Yanvar 2023 - 19:41
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" qış fasiləsində növbəti transferini rəsmiləşdirib.

Ağdam klubu Yassine Benzia ilə anlaşıb.

28 yaşlı yarımmüdafiəçi tibbi baxışdan keçmək üçün artıq Bakıya gəlib.

Onun sonuncu klubu Fransanın “Dijon” komandası olub.

Əlcəzair əsilli oyunçu karyerası ərzində "Lion", "Lill", "Fənərbağça", "Hatayspor", "Olimpiakos" kimi klublarında çıxış edib.

Digər xəbərlər