"Sərhədçi PİK" zirvəyə şərik oldu, "Neftçi"dən sürpriz qələbə

"Sərhədçi PİK" zirvəyə şərik oldu, "Neftçi"dən sürpriz qələbə
Digər, Basketbol
22 Yanvar 2023 - 22:57
Supersport.Az-ın məlumatına görə, 22 yanvar tarixində "Sərhədçi" İdman Mərkəzində, iki oyun ilə Azərbaycan Basketbol Liqasının (ABL) 14 -cü turuna yekun vurulub.

Günün ilk oyunu "Sərhədçi PİK" və "Gəncə BK" komandaları arasında baş tutub. Matça fəal başlayan sərhədçilər 86-78 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular "Sərhədçi PİK"dən Maksvel Starvud (25 xal, 12 ribaund ), "Gəncə"dən Kolin Törner (24 xal, 13 ribaund) olub.

Günün ikinci oyununda "NTD BK" və "Neftçi İK" basketbolçuları qarşılaşıblar. Bu görüşdə neftçilər sensasiyaya imza ataraq, 86-79 hesabıyla qalib gəliblər. Qarşılaşmada ən məhsuldar basketbolçular "NTD"dən Kuinton Kempbel (19 xal, 4 ribaund ), "Neftçi"dən Denis Cons (24 xal, 6 ribaund) olub.













































































KomandaOYUN SAYIQƏLƏBƏMƏĞLUBİYYƏTTOPLAM HESABLARXALLAR

NTD BK
141041243-1126 (+117)24

Sərhədçi PİK
141041208-1123 (+85)24

AAAF Xırdalan BK
14951206-1153 (+53)23

Sabah BK
14951138-1077 (+61)23

Gəncə BK
14861156-1122 (+34)22

Neftçi İK
14681098-1113 (-15)20

Zirve Astara BK
142121140-1259 (-119)16

Olimpik Şəki BK
142121074-1290 (-216)16

 

Digər xəbərlər