Azərbaycan Cüdo Federasiyasında mühüm toplantı

Azərbaycan Cüdo Federasiyasında mühüm toplantı
Digər, Cüdo
21 Yanvar 2023 - 21:09

Bir 8 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir 4 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir

Yanvarın 21-də Azərbaycan Cüdo Federasiyasının (ACF) İcraiyyə Komitəsinin iclası keçirilib.

Supersport.Az-ın quruma istinadən məlumatına görə, toplantıda 2022-ci il üzrə fəaliyyətin nəticələri və 2023-cü il üçün hədəflər müzakirə edilib.



Qeyd edilib ki, ötən il milli yığmaların işinin təşkili, ölkədə cüdonun inkişafı və kütləviləşdirilməsi, fəaliyyətin rəqəmsallaşdırılması, hakimlərin və məşqçilərin peşəkar səviyyəsinin artırılması, maddi-texniki infrastrukturun yaxşılaşdırılması, təhsil layihələrinin reallaşdırılması, daxili yarışların sayının və səviyyəsinin artırılması, regionlarda cüdonun inkişafı istiqamətində hərtərəfli və kompleks fəaliyyət göstərilib.



Həmçinin, 2023-cü içün Federasiyanın əsas fəaliyyət hədəfləri və planları üzrə sənəd İcraiyyə Komitəsinə təqdim edilib.



2022-ci il üzrə hesabat və cari il üzrə planlar ətrafında aparılan müzakirələr zamanı İcraiyyə Komitəsinin üzvləri görülən işləri yüksək qiymətləndirərək, öz tövsiyələrini və fikirlərini bildiriblər.


Digər xəbərlər