"Qarabağ"ın "Rakuv"a məğlubiyyəti - Video

"Qarabağ"ın "Rakuv"a məğlubiyyəti - Video
Futbol, Video
13 Yanvar 2023 - 23:39
Supersport.Az Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ"ın ilk yoxlama oyununda Polşanın "Rakuv" klubuna məğlubiyyətindən videogörüntü təqdim edir.


Qolları 10-cu dəqiqədə İvi Lopes, 46 və 84-cü dəqiqələrdə isə Vladislav Qutkovski vurublar. "Qarabağ"ın yeni transferi Adama Diakabi Ağdam təmsilçisində debüt edib. Fransalı hücumçu 2-ci hissədə 25 nömrəli forma ilə meydana çıxıb.

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Antalyada daha iki sınaq matçı keçirəcək. Azərbaycan çempionu yanvarın 18-də Serbiya "Çukariçki"si və Polşa "Poqon"u ilə üz-üzə gələcək.

Digər xəbərlər