Mahir Emreliylə maraqlanan 4 klub: "Qalatasaray"...

Mahir Emreliylə maraqlanan 4 klub: "Qalatasaray"...
Futbol
03 Yanvar 2023 - 01:24
Supersport.Az-ın əldə etdiyi xəbərə görə, Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Dinamo"dan ayrılıb Türkiyə klublarından birinə keçəcək.

Məlumatda bildirilir ki, futbolçumuz "Qalatasaray", "Başakşehir", "Sivasspor", "Antalyaspor"un transfer siyahısındadır.

Xorvatiya çempionunda durumundan narazı olan Mahir daha çox Antalya klubuna keçmək istəyindədir. 25 yaşlı hücumçu Zaqreb klubunda 20 oyun keçirib və 5 qol vurub. "Dinamo" ilə 2026-cı ilə qədər müqaviləsi olan Mahir Emrelinin "Antalyaspor"a icarəyə veriləcəyi gözlənilir.

Digər xəbərlər