"Neftçi" "Qarabağ"a məğlubiyyətdən böyük dərs alıb"

"Neftçi" "Qarabağ"a məğlubiyyətdən böyük dərs alıb"
Futbol
30 Noyabr 2022 - 19:01
Azərbaycan Premyer Liqasının 15-ci turunun "Qarabağ"a qarşı keçiriləcək matçdan əvvəl "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf fikirlərini bildirib.

Supersport.Az xəbər verir ki, "Neftçi TV"yə açıqlama verən rumıniyalı mütəxəssis komandasının növbəti oyuna hazır olduğunu deyib:

"Özümüzü yaxşı hiss edirik. Demək olar ki, bütün oyunçular məşq prossesində iştirak edir. Ümidvarıq ki, oyun gününə qədər Voyislav Stankoviç də 100 faiz hazır olacaq. Hazırlığımız yaxşı gedir. Bilirik ki, "Qarabağ"a qarşı bizi çətin və ağır oyun gözləyir. Ancaq nəticə bizim üçün önəmlidir. Çünki evdə oynayacağıq. Eddi İsrafilov uzun müddətdir ki, zədədən əziyyət çəkirdi. Oyun praktikası çox deyil. "Səbail"lə matçda ona az şans verə bildim. O, bizim üçün vacib oyunçulardandır.

"Qarabağ"a ilk dövrədəki matç bizim üçün böyük dərs oldu, məğlubiyyətdən nəticə çıxardıq. Amma bilmək lazımdır ki, oyun 90 dəqiqə davam edir. İlk matçda 45 dəqiqə yaxşı oyun nümayiş etdirmişdik. Bütün oyunu o cür keçirməyə səviyyəmiz və imkanımız var. Komandanın xeyrinə dəyişikliklər olacaq. Öz oyunlarımıza və vəziyyətimizə adaptasiya olmalıyıq. "Sabah" və "Qarabağ"la oyunda vacib xallar itirmişik. Daha çox konsentrasiya olub, oyunlara köklənməliyik. Çempionat uzundur. Biz düzgün konsentrasiya olsaq, çempionluq şansımız da davam edəcək".

"Neftçi" - "Qarabağ" matçı dekabrın 2-də saat 21:00-da başlayacaq.

Digər xəbərlər