Dünya Kuboku: Ekvadordan qələbə

Dünya Kuboku: Ekvadordan qələbə
Futbol
20 Noyabr 2022 - 21:59
Bu gün futbol üzrə dünya çempionatı başlanıb.

Supersport.Az xəbər verir ki, Qətərdə keçirilən mundialın açılış oyununda ev sahibi ilə Ekvador millisi üz-üzə gəlib.



Görüş saat 20:00-da başlanıb. 60 minlik azarkeş tutumuna malik "Əl-Bayt" stadionundakı matçı italiyalı Daniele Orsato idarə edib. Ekvador 2 qolla qalib gəlib.

Oyundan əvvəl açılış mərasimi olub.

Qətər mundiala ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. DÇ-2022 32 komandanın iştirakı ilə baş tutan sonuncu dünya çempionatıdır. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi çempionatda 48 milli komanda mübarizə aparacaq.

Mundialın qalibi 40 milyon dollara sahib olacaq. İkinci yeri tutan milli komanda 30 milyon, üçüncü yerin sahibi 27 milyon dollar qazanacaq.

DÇ-2022


A qrupu


20 noyabr

20:00 Qətər - Ekvador 0:2 

Qol: Valensiya 17 (p), 31

Baş hakim: Daniele Orsato (İtaliya)

"Əl-Bayt" stadionu.

Digər xəbərlər