"Qarabağ"ın oyunu Ermənistanda yayımlanacaq

"Qarabağ"ın oyunu Ermənistanda yayımlanacaq
Futbol
26 Sentyabr 2022 - 15:45
Supersport.Az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun "Olimpiakos" – "Qarabağ" oyununu Ermənistan kanalı canlı yayımlayacaq.

Oktyabrın 6-da keçiriləcək görüş "Vivaro TV" internet kanalı vasitəsilə azarkeşlərə təqdim ediləcək.

Oyun ümumilikdə 114 ölkədə canlı yayımlanacaq ki, bunlardan biri də Ermənistandır.

Qeyd edək ki, oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Digər xəbərlər