Azərbaycan 3 qolla qalib gəldi

Azərbaycan 3 qolla qalib gəldi
Futbol
25 Sentyabr 2022 - 21:53
Bu gün milli komandamız UEFA Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.

Supersport.Az xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Canni De Byazinin çalışdırdığı yığmamız 6-cı turda Qazaxıstanı qəbul edib.

Rəqib komanda artıq ötən turdan qrup liderliyini təmin edibsə, ardıcıl iki oyundur qalib gələn millimiz ikincilik uğrunda mübarizə aparıb. Yığmamız qazaxıstanlılarla oyunda 3 qolla qələbə qazanıb.

Qrupun digər matçda Slovakiya Belarusu qəbul edib. Oyun 1:1 bitib.

25 sentyabr

Millətlər Liqası, 6-cı tur


C liqası, 3-cü qrup

20:00. Azərbaycan – Qazaxıstan - 3:0

Qollar: Aleksandr Maroçkin, 67-avtoqol, Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1

Qırmızı vərəqə: Nuralı Alip, 35 (Qazaxıstan)

Baş hakim: Harm Osmers

Bakı. "Dalğa Arena"

20:00. Slovakiya - Belarus 1:1






















































1Qazaxıstan661186+213
2Azərbaycan631274010
3Slovakiya621356-17
4Belarus603337-43

Digər xəbərlər