"Qarabağ"lı Kadi Borges: "Şəhid ailələri də qəhrəmandır, onları qucaqlamaq istəyirəm" - Video

"Qarabağ"lı Kadi Borges: "Şəhid ailələri də qəhrəmandır, onları qucaqlamaq istəyirəm" - Video
Futbol, Video
15 Sentyabr 2022 - 06:53
UEFA Avropa Liqasının qrup mərhələsində "Nant" ilə keçiriləcək oyundan öncə "Qarabağ"ın braziliyalı futbolçusu Kadi Borges Azərbaycan şəhidlərini hörmətlə xatırlayaraq deyib.

"Cəbhədə həyatını itirənlərin ailə üzvlərinə başsağlığı verirəm. Ölkə üçün çətin dönəmdir. Həyatını itirənlərin ailə üzvlərinin yanında olub, onları qucaqlamaq, bağrıma basmaq və dəstək olmaq istərdim. Bizi çətin oyun gözləyir. Güclü rəqibdir. Rəqabətli oyun olacaq. "Nant"ı təhlil etmişik, məlumatlıyıq. Ümid edirəm ki, azarkeşlər üçün yaxşı tamaşa olacaq, oyundan zövq alacaqlar. Əlimizdən gələni edəcəyik ki, yekunda qalib gələn biz olaq".

Digər xəbərlər