"Nant" Azərbaycana məğlub gəlir - Video

"Nant" Azərbaycana məğlub gəlir - Video
Futbol, Video
12 Sentyabr 2022 - 08:22
Supersport.Az Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"ın qonağı olacaq "Nant" Fransa çempionatının 7-ci turunda səfərdə uduzub. "Loryan" klubu rəqibini 3:2 hesabıyla məğlub edib.



"Nant" 7 oyundan 6 xalla 20 komanda sırasında 15-cidir.

Çempionatda ilk iki yerdə 19 xala malik PSJ, "Olmpik Marsel" klubudur. "Lans" 17 xalla üçüncüdür. "Loryan" son qələbədən sonra 16 xalla dördüncüdür.

Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Nant" "Olimpiakos"a 2:1 hesabıyla qalib gəlib.

 

Digər xəbərlər