AFFA-da peşəkarların haqqını yeyənlər…

AFFA-da peşəkarların haqqını yeyənlər…
Futbol, Eksklüziv
11 Sentyabr 2022 - 07:49
AFFA rəhbərliyi yarıtmaz fəaliyyəti səbəbindən daim tənqid hədəfindədir. Son vaxtlar haqqı tapdalanan və hakimlik peşəsindən uzaqlaşan Nahid Əliyev barədə idman mətbuatıında reportajlar hazırlanır və buna görə qurum rəsmiləri qınanılır. Avstiryalı Fritz Ştuxlikin gəlişindən sonra "soyqırım" başlandı. Veteran hakim və hakim-inspektorlar çox sayda ədalətsizliklə üzləşdi. Barış Şimşekin gəlişindən sonra da heç bir müsbət məqama rast gəlinməyib. Belə qənaətə gəlmək olur ki, dəvət olunan komitə sədrlərinin ətrafındakı (komitə üzvləri nəzərdə tutulur-red.) məxluqlar birbaşa bu olayların səbəbkarıdır. Nahid Əliyevin hakimlik karyerasına son vermək qərarının əsas günahkarlarından biri komitə üzvü Vüsal Əliyevdir. Ötən mövsümün sonunda hakimlər komitəsinin iclasında Nahid Əliyevin elit kateqoriyadan 1-ci qrupa salınması qərarına digər komitə üzvləri (Ömər və Anar) etiraz etsələr də, Vüsal Əliyev və Babək Quliyev Ştuxlikin qərarını dəstəkləyiblər. Belə ki, Nahid Əliyevin 1-ci qrupa salınmasında Vüsalın səsi həlledici olub.

Bu linkə http://supersport.az/?p=133840 daxil olaraq Nahid Əliyevin saytımıza verdiyi videomüsahibədə olanlar barədə məlumat əldə edə bilərsiniz.

Beləliklə, komitə üzvü Anar və Ömərdən "fərqli olaraq" Vüsal Əliyev öz əmisi oğlunun haqlı olduğunu qoruya bilməyib. Daha doğrusu, bunu istəməyib. Onu da bildirək ki, 28 tur ərzində Nahid Əliyev 7 qarşılaşmaya təyinat alıb və qiyməti bütün oyunlarda yüksək olub. Bununla da Vüsal Əliyev rəhbərliyin qərarına zidd getməyərək öz işinin xətrinə əmisi oğlunu güdaza verib. Belə birisinin komitədə yeri varmı? Öz işinin xətrinə haqlı qohumunu qurban verən bir şəxs digərlərinin haqqını qoruya bilərmi? Əsla! Özünüz düşünün bəylər. Bütün haqsızlıqlar komitə üzvlərinin dəstəyi ilə onların havadarları tərəfindən həyata keçirilməkdədir.

Vüsal Əliyev, sən də axşamlar vicdanınla baş-başa qaldıqda fikirləş. Dəyərmi vəzifəyə, pula görə əmin oğlunun haqqını tapdalamaq, övladlarını ruzisiz qoymaq?

Azərbaycan futbolunu qorxaqlar da bu hala salıb. Elxan Məmmədovun, Sərxan Hacıyevin göstərişləri ilə qohumunun, futbolçu həmkarının, işçi yoldaşının haqqını tapdalayanlar salıb futbolumuzu bu günə. Görünür belə hal çox davam edəcək.
Allah Azərbaycan futbolunu bəzi zalımların əlindən qurtarsın.

Mübariz

Digər xəbərlər