"Qarabağ" Vadjinin ayrılmasıyla bağlı xəbər yaydı

"Qarabağ" Vadjinin ayrılmasıyla bağlı xəbər yaydı
Maqazin
30 Avqust 2022 - 11:31

Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın hücumçusu İbrahima Vadji Fransanın "Sent Etyen" klubuna transfer olub. Bu haqda Ağdam təmsilçisinin mətbuat xidməti xəbər yayıb. Məlumatda bildirilib ki, keçidlə bağlı hər iki klub arasında razılıq əldə olunub.



Ötən mövsüm komandaya transfer olmuş seneqallı futbolçu keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.



"Qarabağ" İbrahima Vadjiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Digər xəbərlər