"Neftçi"dən kuryoz qolla qələbə - Video

"Neftçi"dən kuryoz qolla qələbə - Video
Futbol, Video
07 Avqust 2022 - 19:42
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha 2 oyun keçirilir.

Supersport.Az xəbər verir ki, günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə ötən mövsümün gümüş medalçısı "Neftçi" arasında olub. Şamaxı şəhər stadionundakı qarşılaşmanı Kamal Umudlu idarə edib. Paytaxt klubu kapitan Emin Mahmudovun vurduğu qolla qələbə qazanıb.


Komandalar bu oyundan əvvəl indiyədək ölkə çempionatında 70 dəfə üz-üzə gəlmişdilər. Bunların 16-da əyalət təmsilçisi, 39-da paytaxt klubu üstün olmuşdu, 15 görüş heç-heçə ilə yekunlaşmışdı. Bu matçlarda meydan sahibləri 68, qonaqlar isə 113 dəfə fərqlənmişdi.

Son 7 matçda ən azı 3 qol vurulmuşdu. "Neftçi" 10 oyundur meydanı qolsuz tərk etmirdi.

Günün son oyununda "Sabah" klubu "Sumqayıt"ı qəbul edir.

Masasızırdakı görüşün baş hakimi FIFA referisi Elçin Məsiyevdir.

İki kollektiv bunadək Premyer Liqada 15 dəfə bir-birinə rəqib olub. Hərəyə 6 qələbənin qazanıldığı duellərdə 3 bərabərlik qeydə alınıb. Topların nisbətində paytaxt təmsilçisinin cüzi üstünlüyü var - 20:19.

Son 10 matçda iki və ya daha çox qol vurulub. "Sabah" son üç görüşdə uduzmayıb.

Azərbaycan Premyer Liqası

I tur

7 avqust (bazar)

17:00. "Şamaxı" – "Neftçi" 0-1

Qol: Emin Mahmudov 80

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
VAR hakimi: Tural Qurbanov
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov
Hakim-inspektor: İmanxan Sultani
Şamaxı şəhər stadionu, 17:00

19:15. "Sabah" – "Sumqayıt"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR hakimi: Əliyar Ağayev
VAR hakiminin köməkçisi: Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov
"Bank Respublika Arena".

Qeyd edək ki, turun əvvəlki iki oyununda "Zirə" səfərdə "Kəpəz"i 2:1, "Qarabağ" isə evdə "Səbail"i 3:1 hesabı ilə məğlub edib. Tura avqustun 8-də keçiriləcək "Turan Tovuz" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Digər xəbərlər